Bu ilin mart ayında Azərbaycanda 1,993 mlrd. KVt/s elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,05 mlrd. KVt/s yaxud 2,57% çoxdur.
"Azerenerji"dən verilən məlumata görə, ötən ay təmsil etdiyi qurum tərəfindən istehsal edilmiş elektrik enerjisinin həcmi isə 1,964 mlrd. KVt/s olub. Bu da 2016-cı ilin martına nisbətən 0,05 mlrd. KVt/s yaxud 2,56% çoxdur:
Bununla yanaşı, ay ərzində ölkənin enerji sisteminin əlaqəsi olan qonşu dövlətlərlə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə davam etdirilib.