Küveyt və Səudiyyə Ərəbistanı neytral ərazidə neft çıxarmağa başlayırlar
FED.az xəbər verir ki, Küveytin neft naziri Xalid Əli Muhammed əl-Fadil mətbuata açıqlamasında Vefra bölgəsində neft hasilatı fəaliyyətinin 5 illik fasilədən sonra yenidən başladığını elan edib.
Neft naziri, 2020-ci ilə qədər, Vefra neft sahəsindəki quyulardan gündəlik 140 min xam neft bareli hasil etməyə başlayacaqlarını söylədi. Fadıl, Səudiyyə Ərəbistanı ilə razılaşma əsasında Hafci yatağında neft hasilat işlərinə başlayacaqlarını və orada olan quyularda gündə 250 min barel hasil etməyi hədəflədiklərini bildirdi.
Küveyt naziri, 60 gündən sonra hasilata başlamağı düşündüklərini bildirib.
Səudiyyə Ərəbistanı ilə Küveyt arasındakı neytral bölgədə yerləşən Hafci və Vefra neft yataqlarının gündəlik istehsal gücü 500-600 min barel neft təşkil edir.
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olan iki ölkə, Hafci yatağını ekoloji səbəblərə görə 2014-cü ilin oktyabr ayında, Vefradakı quyuları isə fəaliyyətindəki maneələrə görə bağlamışdı.
Nəhayət, Səudiyyə Ərəbistanı və Küveyt, 5 il sonra yenidən neft hasilatı ilə əlaqədar 2019-cu ilin dekabrında imzalanan müqavilə ilə razılaşdılar.