Küveyt ilə Əlcəzair neft hasilatını daha tez aşağı salıb.
FED.az xəbər verir ki, Küveyt və Əlcəzair neft istehsalını “OPEC+” sazişində nəzərdə tutulan vaxtdan daha əvvəl azaldıb.
Eləcə də bax: Maydan “Azəri-Çıraq-Günəşli”də - HASİLAT AZALDILACAQ
Xatırladaq ki, OPEC və qeyri-OPEC ölkələrinin (“OPEC+”) nazirlərinin ötən həftə videokonfrans formatında keçirilən X iclasında gündəlik neft hasilatının 3 mərhələdə azaldılması qərarlaşdırılıb. Belə ki, may-iyun aylarında “OPEC+” üzrə neft istehsalı sutkada 9,7 milyon barrel, iyul-dekabr aylarında gündəlik 7,7 milyon barrel, gələn ilin yanvarından 2022-ci il aprelin sonunadək isə sutkalıq 5,8 milyon barrel azaldılacaq. Məhdudiyyətlərlə bağlı üçüncü mərhələnin şərtləri bu ilin dekabrında yenidən müzakirə olunacaq.
“OPEC+” üzrə növbəti iclasın isə iyunun 10-da videokonfrans formatında keçirilməsi razılaşdırılıb.
Azərtac