2023-cü il ərzində Avropada təbii qazın qiyməti 60% aşağı düşüb.
FED.az xəbər verir ki, bu barədə Blooomberg məlumat verib.
Qazın ucuzlaşmasının səbəbi Avropa ölkələrində külək və günəş enerji qurğularının sayının artmasıdır.
Agentlik bildirir ki, külək və günəş enerji qurğularının sayının artması və Fransada atom enerjisi stansiyasının işini bərpa etməsi qaza tələbatı azaldıb.
Eyni zamanda xatırladılır ki, 2024-cü ilin sonunda Rusiyavə Ukrayna arasında qazın tranziti haqqında müqavilə başa çatır və böyük ehtimalla onun vaxtı uzadılmayacaq.