“Kreml Avropa Komissiyasının rəhbərinin qaz ödənişlərinin rubla keçirilməsinə görə “şantaj” ittihamlarını rədd edir, bu cür bəyanatlarla qətiyyən razılaşmır”.
Eləcə də bax: Rublla ödəniş etmədiyinə görə, Rusiya bu ölkələrə - QAZ SATIŞINI DAYANDIRIR
FED.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Rusiya qazının rublla ödənilməsinə keçid Rusiya Federasiyasına qarşı qeyri-dost addımlar nəticəsində baş verib. Kifayət qədər böyük miqdarda valyuta-qızıl ehtiyatlarımız bizdən oğurlanıb”, – Kremlin sözçüsü vurğulayıb.
Peskov onu da bildirib ki, Rusiya qazının alıcıları üçün rublla ödənişə keçəndə faktiki olaraq heç nə dəyişmir, burada itkilərdən və qiymət dəyişikliklərindən söhbət gedə bilməz. (Apa)