Türkiyədə təbii qazın qiymətləri artarkən, kömür qiymətləri eyni anda yüksəlib. Ötən illə müqayisədə Kömürün qiyməti 125 faiz artıb.
FED.az Banker.az-a istinadən xəbər verir ki, qiymət artımına səbəb, Türkiyənin bir çox əyalətində daxili kömür istehlakı qadağandır. Buna görə də ölkə Rusiyadan kömür idxal etmək məcburiyyətində qalır. Ölkə iqtisadiyyatı idxala əsaslandığından dolların artmasıyla hər şeyin qiyməti bahalaşıb.
Keçən il 1.250 TL olan kömür tonu bu il 3 min TL -ə yüksəlib.