Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə şirkəti - “SOCAR Energy Ukraine” paytaxt Kiyevdə “SOCAR” brendi altında yeni yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verməyi planlaşdırır.
FED.az bildirir ki,Ukrayna mətbuatının verdiyi məlumata görə, Kiyevin Obolon rayonunun Stepan Bandera küçəsi 36 ünvanında yerləşəcək YDM-də kafe-mağaza da fəaliyyət göstərəcək.
Məlumata görə, yeni inşa ediləcək tikintinin ümumi sahəsi 0,35 ha təşkil edir. “SOCAR Energy Ukraine” şirkəti YDM-də 4 yanacaqpaylama kalonkasının tikintisi, həmçinin kompleksin mayeləşdirilmiş qazın satışı üçün modul ilə təchiz edilməsi nəzərdə tutulub.
YDM-də müştərilərə Aİ-92, Aİ-95, “Aİ-95 Nano”, “Aİ-08 Nano”, dizel yanacağı və “Nano” dizel yanacaqları təklif ediləcək. SOCAR-ın hesablamalarına əsasən, yeni YDM-də gündəlik olaraq 250 avtomobilə xidmətin göstərilməsi nəzərdə tutulub. YDM-də illik 2 625 kubmetr neft məhsullarının (1 680 m3 benzin və 945 m3 dizel yanacağı) satışı təşkil edəcək. Bundan başqa, mayeləşdirilmiş qazın satışının illik 1 750 kubmetr həcmində olacağı təxmin edilir.
Həmçinin, YDM-in ərazisində ayrıca olaraq 110 yerlik kafe-mağaza inşa ediləcək.
“SOCAR Ukrayna” şirkətindən onu bildiriblər ki, bu YDM-dən başqa, Bandera küçəsində daha bir YDM-in inşa etmək istəyirlər.
Qeyd edək ki, SOCAR-ın Ukraynadakı törəmə “SOCAR Energy Ukraine” şirkəti 2008-ci ildən fəaliyyət göstərir. Hazırda şirkət bu ölkənin 11 vilayətində 59 yanacaqdoldurma məntəqəsinə malikdir.
@report