Səudiyyə Ərəbistanı və digər OPEK+ ölkələri neft hasilatının azaldılmasına, planlaşdırıldığı kimi, may ayında deyil, daha tez başlaya bilərlər.
Eləcə də bax: OPEC qlobal neft tələbatının son 30 ilin ən aşağı səviyyəsinə enəcəyini gözləyir
FED.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti özəl mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, belə bir qərarın mümkünlüyünün müzakirəsi “Light” markalı neftin qiymətinin ABŞ-ın tarixində ilk dəfə olaraq Nyu-York birjasında kəskin şəkildə düşməsi ilə izah olunur. ABŞ-ın şərq sahilinin vaxtı ilə saat 16:36-ya (Bakı vaxtı ilə saat 00:36) olan məlumata görə, neftin tədarükünün may füçersləri 35,97 dollar (196,88%) azalaraq mənfi 17,7 (-17,7) dollara təklif olunub. İyun tədarükünün füçersləri isə bir bareli 20 dollaradək enib.
“Bu dəhşətə qarşı nə isə etmək lazımdır, ancaq bəlkə də artıq gecdir”, - deyə qəzet Səudiyyə Ərəbistanı hakimiyyətinin nümayəndəsinə istinadən sitat gətirib.
Qeyd edək ki, OPEK+ ölkələri aprelin 12-də təcili çağırılmış iclasda neftin may-iyun aylarında hasilatının azaldılması ilə bağlı yekun razılığa gələ biliblər. Hasilatın azaldılmasının iki ay ərzində yekun göstəricisi sutkada 10 barel deyil, 9,7 barel təşkil edəcək, belə ki, Meksika gözləniləndən daha aşağı kvota qəbul edib. Rusiya və Səudiyyə Ərəbistanı isə razılaşmanın şərtlərinə uyğun olaraq, neft hasilatını bərabər payda – 11 milyon b/s baza səviyyəsindən 2,5 milyon b/s azaldacaq.
Apa