Keçən həftə ABŞ-da neft ehtiyatları artdı. Bu isə öz əksini Amerikanın Neft İnstitutunun (API) məlumatlarında çərşənbə axşamı günü tapmışdır.
API-nın məlumatlarına görə neft ehtiyatları 4.8 milyon barel artaraq həftəyə (21 oktyabra) 471,9 milyon təşkil etmişdir. Analitiklər isə bunun əksinə ehtiyatların 1.7 milyon barelədək artacağını düşünürdülər. Deməli, sözügedən rəqəm nəticədə onların proqnozlarını aşdı.
API məlumatları həmçinin göstərdi ki, neftin paylanma mərkəzi sayılan Kuşinqidə (Oklahoma ştatı) neft ehtiyatları 2.3 milyon barelədək azaldı.
investing.com©