Bu ilin birinci rübündə Qazaxıstanın “KazMunayQaz” (KMG) şirkətinin magistral və dəniz yolu ilə neft nəqlinin həcmi 14,2 % artaraq 21 milyon tondan çox təşkil edib.
Azərbaycanın xaricə satdığı neft və neftdən gəlirləri –1,35 MİLYARD DOLLAR AZALIB
FED.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, KMG 2024-cü ilin birinci rübü üçün istehsal nəticələrini açıqlayıb.
“Magistral və dəniz yolu ilə neft nəqlinin ümumi həcmi 14,2 % artaraq 21 milyon 541 min tona çatıb. Magistral boru kəmərləri ilə neft nəqlinin həcmi 7,9 % artaraq 18 milyon 081 min ton təşkil edib. Artım neftin Avropaya ixrac həcminin çoxalması, həmçinin Aktau limanından neft tranzitinin və neft daşımalarının həcminin artması ilə əlaqədar olub”, - məlumatda qeyd olunub.
Bu ilin ilk rübündə dəniz yolu ilə neft nəqlinin ümumi həcmi Aralıq dənizi və Xəzər dənizlərindəki həcmlərin artması sayəsində 65,2 % artaraq 3,46 milyon tona çatıb.
Qeyd olunub ki, Bakı-Tbilisi-Ceyhan əsas neft boru kəməri ilə nəql edilən Azərbaycan nefti hesabına Aralıq dənizinə daşıma artıb. Xəzər dənizində həcmlərin artması Aktau limanı - Mahaçqala limanı və Aktau limanı - Bakı limanı marşrutları üzrə daşımaların həcminin artması ilə bağlıdır. (Report)