SOCAR-ın Sumqayıtdakı karbamid zavodunun tikinti layihəsinin dəyərini xərclərin optimallaşdırılması hesabına 700-750 milyon avroyadək azaltmaq mümkün olub.
Bunu jurnalistlərə zavodun direktoru Xəyal Cəfərov deyib.
Daha əvvəl zavodun dəyəri 900-920 milyon avro qiymətləndirilirdi.
Onun sözlərinə görə, hazırda vergilər də daxil olmaqla zavodun tikinti dəyəri 700-750 milyon avro qiymətləndirilir: "Bu, zavodda istehsala başlamaq üçün zəruri olan investisiya məbləğidir".