“TFKable Group” şirkətinə məxsus qlobal sualtı kabel tədarükçüsü və xidmətçisi olan JDR şirkəti Azərbaycanda Xəzər dənizində bir platforma layihəsi üzrə BP şirkəti ilə müqavilə imzalayıb.
FED.az xəbər verir ki, JDR şirkəti dənizdə bir platforma layihəsi üçün 5,5 kilometr uzunluğunda 33 kV fiber optik elektrik kabelinin və polad borunun sualtı izolyasiya klapanının (SSIV) istehsalı və təchizatını həyata keçirəcək.
Bildirilir ki, 33 kV-lik fiber optik elektrik kabeli mövcud paylama platformasını yeni platformaya birləşdirərək elektrik enerjisi və rabitə xidmətləri göstərəcək. Bu kabelin istifadəsi platformada qaz turbininin quraşdırılmasına ehtiyac olmadığı deməkdir ki. Bu da ətraf mühitə fayda gətirəcək.
SSIV şlanqı operatora klapanın mühüm idarəedilməsini təmin edərək quyudan neft ixrac edən sualtı izolyasiya klapanına yuxarı tərəfdən birləşəcək.
Müqavilə çərçivəsində JDR şirkəti paket formasına salaraq sifarişlə hazırlanmış səkkiz metrlik kabel quraşdırma çarxından istifadə edərək məhsulları Avrasiya kanalı ilə Xəzər dənizinə göndərəcək. JDR elektrik kabelini kanalın daralması səbəbindən ölçü məhdudiyyətləri olan gəmiyə uyğun şəkildə dizayn edəcək.
Kabellər, birləşdirici qutular və SSIV şlanq kabelləri JDR şirkətinin Hartpul şəhərindəki zavodunda istehsal ediləcək. Elektrik kabeli üçün özəklər isə “TFKable”nin Polşadakı Bıbqoşa şəhərindəki zavodunda istehsal ediləcək. Layihəyə uzrə məhsulların çatdırılması 2021-ci ilin may ayına planlaşdırılır.
JDR şirkətinin Satış Meneceri Rori Qrem bildirib ki, bu, şirkətin Azərbaycanda BP ilə imzaladığı ilk layihə olub: “Qlobal mövcudluğumuzu genişləndirmək və layihə hədəflərinə çatmaq üçün texnologiyalarımız ilə təmin etmək çox yaxşıdır. Bu müqavilə bizim müştərilərimizin layihə tələblərinə cavab vermə qabiliyyətimizi və səriştəmizin göstəricisidir. Nəqletmə məhdudiyyətlərini daha əvvəl dəf etdik və texniki təcrübəmiz sayəsində fasiləsis və effektiv tədarükü təmin edə bilərik”. (Report)