“Bu gün ölkədə istifadə olunan qazın 70%-i, təqribən 2, 7 milyard kub metri isitmə məqsədlidir”.
Azərbaycanda "İstilik enerjisindən istifadə qaydaları” ləğv ediləcək
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu “Azəristiliktəchizat” ASC-nin sədr əvəzi İlham Mirzəyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İstilik təchizatı haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Elektrik enerjisi 1.75 milyard kilovat-saat, mərkəzi istilik 1.35 milyard kilovat-saat istifadə olunur. Ümumilikdə ölkənin istilik tələbatı üçün 28 milyard kilovat-saat enerji sərf olunur”, - deyə İlham Mirzəyev bildirib.