İsrailin Energetika Nazirliyi “Chevron Mediterranean Limited” şirkətinə ölkənin şimal sahillərində yerləşən “Tamar” dəniz qaz yatağının bağlanması ilə bağlı göstəriş verib.
İsrail Bankı bazara 30 milyard dollar xarici valyuta çıxarmağa - QƏRAR VERİB
FED.az xəbər verir ki, bu barədə "Reuters" agentliyinə şirkət nümayəndəsi bildirib.
Lakin bu bağlanmanın müvəqqəti olub-olmadığı göstərilmir və bu qərarın səbəbləri açıqlanmır.
Qeyd edək ki, yataq 2009-cu ilin yanvar ayında kəşf edilib. Layihənin tərəfdaşları “Chevron Mediterranean Limited” (25 %), “İsramco” (28,75 %), “Tamar Petroleum” (16,75 %), “Mubadala Energy” (11 %), “Tamar Investment 2” (11 %), “Dor Gas” (4 %) və “Everest”dir (3,5 %). Rezervuar Hayfadan 90 kilometr qərbdə, dəniz səviyyəsindən 5 000 metr dərinlikdə yerləşir və 100 kvadrat kilometr ərazini əhatə edir. Hər 6 quyudan hasilat sutkada 7,1-8,5 milyon kubmetr təşkil edir. (Report)