"QatarEnergy" İranın hücumları səbəbindən bir sıra şəhərlərdəki zavodda mayeləşdirilmiş təbii qazın (LNG) istehsalını dayandırıb.
İranın zərbələri səbəbindən Körfəzin biznes dairələri çətin vəziyyətə düşüb
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə şirkətin sosial şəbəkələrdəki rəsmi səhifəsində bildirilib.
"QatarEnergy"nin Ras-Laffan sənaye şəhərində və Mesaid şəhərində fəaliyyət göstərən obyektlərinə edilən hərbi hücumlarla əlaqədar olaraq şirkət LNG və onunla əlaqəli məhsulların istehsalını dayandırıb", - şirkətin mətbuat xidməti qeyd edib.
Məlumata görə, bu tədbirlər İranın Qətərin "QatarEnergy"yə məxsus enerji infrastrukturuna zərbə endirməsindən sonra görülüb.
"QatarEnergy" Qətərin dövlət neft-qaz şirkətidir və dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz istehsalçılarından biridir. (Report)











