İran hökuməti ölkəyə ABŞ-İsrailin hücumları və başlayan müharibə səbəbindən neftin qiymətinin 200 dollara yüksələcəyini elan edib.
FED.az xəbər verir ki, bu barədə İran hərbi qüvvələrinin nümaynədəsi elan edib. Nümaynədə bildirib ki, İran "qarşılıqlı hücumlardan" düşmənlərinə qarşı davamlı hücumlara keçəcək və ABŞ neft qiymətlərini idarə edə bilməyəcək.
İranın yarı-rəsmi "Fars" xəbər agentliyi hərbi mənbəyə istinadən bildirib ki, "ABŞ, sionist rejimi və ya onların tərəfdaşlarına fayda verəcək şəkildə bir litr də olsun neftin Hörmüz boğazından keçməsinə icazə verməyəcəyik".
Mənbə elan edib ki: "Neftin qiymətinin barel üçün 200 dollara çatmasına hazır olun, çünki neftin qiyməti sizin qeyri-sabitləşdirdiyiniz regional təhlükəsizliklə bağlıdır".
Ən azı 839 hücum
İranın ABŞ və İsrailin hücumlarına cavab olaraq 28 fevraldan bəri ABŞ bazalarına və yeddi ərəb ölkəsindəki vacib məntəqələrə ən azı 839 raket hücumu etdiyi bildirilir.
ABŞ və İsrailin İrana hücumları və İranın cavab tədbirləri davam etdikcə, Körfəz ölkələrində bir çox vacib yerlər hədəfə alınıb.











