Azərbaycandan bu ilin yanvar-avqust aylarında İndoneziyaya 130 min 925 ton neft ixrac edilib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, İndoneziyaya ixrac edilmiş neftin dəyəri isə 72,1 milyon dollar olub.
Son bir il ərzində ixracın həcmində 130,4 min ton (49,9%), dəyərində isə 81,6 milyon dollar (53,1%) azalma baş verib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust ayında isə Azərbaycan İndoneziyaya 153,7 milyon dollar dəyərində 261 min 305 ton neft ixrac etmişdi.
Bu ilin yanvar-avqust aylarının nəticələrinə görə İndoneziyaya ixrac edilmiş neftin orta hesabla 1 tonunun dəyəri 937 manat olub ki, bu da 2024-cü ilin müvafiq göstəricisinə görə 63 manat (6,3%) azdır. Ötən ilin müvafiq dövründə bu göstərici 1000 manata bərabər olub.
Xam neftin ixrac olunduğu ölkələrin siyahısında İndoneziya 2025-ci ildə 13-cü, 2024-cü ildə isə 13-cü yerdə olub.