Prezident İlham Əliyev sentyabrın 20-də BP şirkətinin İdarə Heyətinin sədri Helqe Landı qəbul edib.
FED.az xəbər verir ki, görüşdə BP şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel və 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasında iştirak edən şirkətin sabiq baş icraçı direktoru Lord Con Filip Braun iştirak ediblər.