“Azərişıq” ASC hazırda elektrik sayğaclarının iyul ayı ərzində həddindən artıq hesablama aparması haqda sosial şəbəkələrdə yayılan abonentlərin iddiaları ilə bağlı mətbuat konfransı keçirir.
Eləcə də bax: Bu aylarda əhaliyə veriləcək elektrik enerjisinə - GÜZƏŞT OLACAQ
FED.az xəbər verir ki, “Azərişıq” rəsmiləri vətəndaşlara artıq məbləğdə pul yazılmasına aydınlıq gətirirlər. “Azərişığ”ın Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə bildirib ki, bəzi avadanlıqların texniki pasportuna baxmırlar:
"Soyuducu, kondisioner, ütü ola bilər. Orada həmin avadanlığın müəyyən temperatur arasında iş rejimi barəsində məlumat var. Sayğacların çox yazması haqqında istənilən iddia ilə bağlı fikir budur ki, onu bizə göstərsinlər. Biz sayğacların göstəricilərini dəyişə, sıfırlaya bilmədiyimiz üçün heç söküntü gedən binalardan çıxan sayğacları istifadə edə bilmirik. Bu da bizim üçün itkidir. Sayğacların onlayn oxunması gündəmdədir, bu, bizim üçün sərfəlidir. Bununla bağlı işlər aparılır. Biz sayğaclara müdaxilə edə bilmirik. Bunu edə bilən şəxslər, mütəxəssislər varsa, onlarla bizi görüşdürün, bunu edib bizə göstərsinlər. Onda biz sayğaclarımızın təhlükəsizliyi üçün əlavə işlər görək". (Qafqazinfo)