2018-ci ilin iyul ayında Azərbaycan qazının Trans-Anadolu (TANAP) qaz kəməri ilə kommersiya tədarükünə başlanacaq. Bunu TANAP konsorsiumunun baş direktoru Saltuk Düzyol bu gün Eskişəhərdə jurnalistlərə bildirib.
“İndiyədək TANAP qaz kəmərinin tikinti işlərinin 93%-i başa çatıb. Boru kəmərinin cəmi 1340 km çəkilib. Yanvar ayında qaz kəmərinin Gürcüstandan Türkiyənin Eskişəhər şəhərinədək hissəsinin sınaqdan keçirilməsi göstərdi ki, layihə üzrə işlər güsusrsuz aparılır. Cari il iyunun 30-da qaz sistemə buraxılacaq və artıq iyul ayında “Şahdəniz” yatağından qazın TANAP ilə Türkiyəyə kommersiya tədarükünə start veriləcək”, - S.Düzyol bildirib.
Ümumilikdə,5 mlrd. dollardan artıq məbləğdə müqavilələr imzalanıb.
O həmçinin məlumat verib ki, 2019-cu ilin sonuna TANAP “Şahdəniz” yatağından Azərbaycan qazının TAP boru kəmərinə tədarükünə hazır olacaq və qeyd olunan boru kəmərinin tikintisinin başa çatdırılmasını gözləyəcək. “Ən gec - 2019-cu ilə qədər TANAP “Şahdəniz” yatağından Azərbaycan qazının sonradan TAP boru kəməri ilə nəqli məqsədilə qəbuluna hazır olacaq və TAP-ın tikintisinin başa çatdırılmasını gözləyəcək”, - S.Düzyol qeyd edib.
Konsorsiumun baş direktoru əlavə edib i, “2020-ci ilin mart ayında qaz TAP boru kəmərinə vurulacaq”.