Bu ilin ilk iki ayında ötən ilin eyni dövrünə nəzərən elektrik enerjisinin ixracından əldə oluna gəlir, həmçinin ixrac olununan elektrik enerjisinin miqdarı artıb.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin ilk iki ayında elektrik enerjisinin ixracından 30 mln 471 min ABŞ dolları əldə olunub. Ötən il bu göstərici 20 mln 290 min ABŞ dolları idi.
Deməli, elektrik enerjisinin ixracından əldə olunan gəlir 1 ildə 50,17% artıb.
İxrac olunan elektrik enerjisinin miqdarı bu ilin ilk iki ayında ötən ilə nisbətən 1,76% artaraq 701,932 min kVt/saat olub.
İxrac olunan elektrik enerjisinin miqdarı və əldə olunan gəlir artıb - RƏQƏMLƏR
15:57
15 Mart 2019