Rusiyanın Ukraynaya hücumu və ona tətbiq edilən sanksiyalar səbəbindən Rusiyanın uzun illər həyata keçirdiyi – qazın Avropaya nəqlini nəzərdə tutan «Şimal axını-2» layihəsi istifadəsiz qalıb.
FED.az xəbər verir ki, «Qazprom» şirkəti kəmərin başqa məqsədlə istifadə olunacağını açıqlayıb.
«Qazprom» elan edib ki, kəmərin imknaları Rusiyanın Şimal-Qərb bölgəsinin qaz təminatını yaxşılaşdırmaq üçün istifadə ediləcək.
Xatırladaq ki, kəmərin istifadəsiz qalması ilə bağlı qərar Almaniya (qazın əsas alıcısı olacaqdı) tərəfindən qəbul edilmişdi.
«Qazprom»dan bildirilib ki, əgər Almaniya qərarını dəyişsə, kəmərdə ancaq bir xətt Almaniyaya qaz verə biləcək. İkinci xəttin bu prosesə qoşulması 2028-ci ildən tez olmayacaq.