«SOCAR»-ın Türkiyədəki Star Neft Emalı Zavodu sentyabrın ortalarından tam gücü ilə işləməyə başlayıb.
Bu barədə FED.az-a «SOCAR Türkiyə»nin rəhbəri Murat Lekompte bildirib. Onun sözlərinə görə, indiyədək zavodda 4,5 milyon ton xam neft emal edilib və ilin sonuna kimi bu rəqəm 8 milyon tona çatacaq.
Eləcə də bax: SOCAR Türkiyədəki törəmə şirkətinin - ADINI DƏYİŞİB
«Star» NEZ Türkiyə bazarına eyni zamanda dizel, təyyarə yanacağı, LPG, neft koksu kimi məhsullar çıxarır. Ötən aylarda «SOCAR Aviation» istanbul aeroportunnun illik 700 min tonluq təyyarə yanacağı üçün elan etdiyi tenderi udub.
Star NEZ-də istehsla olunan təyyarə yanacağının mühüm hissəsi İstanbul aeroportuna tədarük oluncaq. STAR-ın müştəriləri arasında digər hava limanlarının da olacağı gözlənilir.
Qeyd edək ki, Türkiyədə təyyarə yanacağına illik tələbat 5 milyon ton ətrafındadır. Turizm sektorunungenişlənməsi və İstanbul Hava Limanı kimi böyük bir istehlakçının meydana çıxması ilə bu tələbatın 6-6,5 milyon tona yüksəlməsi gözənilir. Lakin bazara STAR NEZ-in 1,6 milyon tonluq istehsalının daxil olması nəticəsində 7-8 ildən sonra Türkiyədə təyyarə yanacağı idxalına tələbat qalmayacağı ehtimal edilir.