“Factorenergia” İspaniyanın ən böyük enerji şirkətlərindən biridir. Bu şirkətin İspaniya, Meksika, Bolqarıstan kimi ölkələrdə nümayəndəlikləri fəaliyyət göstərir. Hazırda Çilidə də şirkətin nümayəndəliyinin açılmasına dair danışıqlar gedir.
Eləcə də bax: İspaniya şirkəti Azərbaycanda ilk üzən - ELEKTRİK STANSİYASI İNŞA EDİR
FED.az biznes və maliyyə xəbərləri portalı AZƏRTAC-a istinadən xəbər verir ki, “Factorenergia” şirkətinin baş direktoru Emilio Rusand Azərbaycanın sürətli inkişafına şahid olduqlarını bildiriblər: “Son vaxtlar Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, investisiyaların cəlb edilməsi imkanlarının stimullaşdırılması istiqamətində ciddi tədbirlər həyata keçirilir. İqlim dəyişikliyinin gətirdiyi ciddi fəsadları və dünya ölkələrinin bu sahədə səmərəli tədbirlər görmək çağırışlarını nəzərə alan Azərbaycan alternativ enerjinin təşviqinə sadiqdir. Azərbaycanın alternativ enerji sahəsində potensialı çox böyükdür. Bunları nəzərə alaraq, “Factorenergia” şirkətinin nümayəndəliyini Azərbaycanda açmaq və ölkəyə investisiya qoymaq niyyətindəyik”.
“Factorenergia” şirkətinin Qaz üzrə direktoru Raul Farrasla qeyd edib ki, Azərbaycan yaşıl enerjinin inkişafı sahəsində böyük işlər görür və şirkət olaraq bu sahənin inkişafına öz töhfələrini vermək istəyirlər.
“Factorenergia” enerji bazarının təmiz enerjiyə sadiq olan oyunçularından biridir. 10 ildən artıqdır ki, bərpa olunan enerji istehsalçıları ilə birlikdə işləyirlər. “Factorenergia” BMT-nin Davamlı İnkişaf Məqsədlərinə (DİM) uyğun olaraq korporativ sosial məsuliyyət idarəetmə sistemi sertifikatını alan ilk İspaniya enerji şirkətidir.