İraq iyul ayında ABŞ, Asiya və Avropa bazarlarına ixrac edəcəyi neftin qiymətini qaldırıb.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Neft Nazirliyi məlumat yayıb.
Eləcə də bax: İraq iyun və iyulda - NEFT HASİLATINI AZALDACAQ
Belə ki, OPEC-in ikinci böyük istehsalçı ölkəsi “Basrah Light” markalı neftin qiymətini Asiya bazarı üçün 5,8 ABŞ dolları bahalaşdırıb. Bu da 2003-cü ildən bu yana ən kəskin bahalaşmadır.
Eyni zamanda “Basrah Heavy” markalı neftin Asiya bazarındakı qiyməti də 5,6 dollar qaldırılıb. Həmçinin Avropa bazarları üçün qiymətlər 4,5 ABŞ dolları, ABB bazarı üçün isə 0,7 ABŞ dolları bahalaşdırılıb.
Xatırladaq ki, OPEC+ formatının iştirakçı ölkələri arasında iyunun 6-da keçirilən görüş zamanı hasilatın may-iyun ayları üçün nəzərdə tutulan 9,7 milyon barel həcmindəki ixtisar müddətinin iyul ayının sonunadək uzatmaq barədə razılıq əldə edildi. Belə bir addım nəticəsində neft bazarının dirçələcəyi güman edilir. Bu qərardan dərhal sonra Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri, bir qədər sonra isə Küveyt iyul ayı üçün ixrac edəcəkləri neftin qiymətlərini qaldırdılar.