İran prezidenti Həsən Ruhani, ölkəsinin neft gəlirlərinin son 8 ildə 6 dəfə azalaraq 120 milyard dollardan 20 milyard dollara düşdüyünü açıqlayıb.
İranın rəsmi xəbər agentliyi İRNA-nın açıqlamasına görə, paytaxt Tehranda keçirilən Ali Məktəblərin açılış tədbirində çıxış edən Ruhani ölkəsinin iqtisadi vəziyyəti ilə bağlı açıqlamalar verib.
Ruhani «Dünya tarixində indiyədək görünməyən sanksiyalarla üz-üzəyik. 2011-ci ildə neft gəlirlərimiz ildə 120 milyard dollar olduğu halda ötən il bu rəqəm 20 milyard dollara enib. Bu rəqəm vəziyyətin nə həddə olduğunu göstərir»-deyəb.
Yerli təhsilə üstünlük verilməsininin vacibliyini qeyd edən Ruhani bildirib ki, dünya ölkələri ilə əlaqələrin olmaması olduqca çətindir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 8 may 2018-ci il tarixində İranın ABŞ dollarına çıxışını, dövlət istiqrazlarını satmasını, qızıl və digər qiymətli metalları və polad, alüminium, kömür kimi metalları satmağı və sərnişin təyyarələri və ya hissələri idxal etməsini əngəlləyərək nüvə anlaşmasından çıxdığını elan edib. 3 ay sonra isə sanksiya paketi qüvvəyə minib.
ABŞ-ın İrana qarşı ikinci sanksiya paketi isə, 5 noyabr 2018-ci il tarixində qüvvəyə mindi.
Buna görə, İran Milli Neft Şirkəti, İran Neft Ticarət Şirkəti və Milli Tanker Şirkətinə beynəlxalq məhdudiyyətlər, iqtisadiyyatı böyük ölçüdə neftə əsaslanan İrandan neft və məhsul satışına qarşı sanksiyalar tətbiq edildi.