Yaxın Şərqdəki müharibə səbəbindən iri neft şirkətlərinin mənfəəti kəskin şəkildə artıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Britaniyanın "The Guardian" qəzetinin məlumatına görə, dünyanın səkkiz ən böyük neft şirkətinin ilk üç ayda mənfəəti 90 milyard dolları keçib.
Nəşr hesablayıb ki, «Saudi Aramco», «BP», «Shell», «Equinor», «TotalEnergies», «Eni», «Chevron» və «ExxonMobil» şirkətləri hər dəqiqə 700 000 dollardan çox mənfəət əldə edir.
Yüksək gəlirlər şirkətlərin dəyərini də artırıb. Bu şirkətlərin bazar kapitallaşması təxminən 600 milyard dollar artaraq 3 trilyon dolları keçib.
Səudiyyə Ərəbistanının dövlət neft şirkəti «Aramco» neft satışından ən böyük mənfəəti əldə edib və rübdə xalis mənfəətin 34% artaraq 33 milyard dolları keçdiyini bildirib.
Neft nəhənglərinin mənfəət artımı, ABŞ-ın İrana qarşı hərbi əməliyyatları səbəbindən enerji qiymətlərinin kəskin şəkildə artması ilə əlaqədardır ki, bu da onların ümumi mənfəətini təxminən ikiqat artırıb.
Yeri gəlmişkən, avqustun 4-də Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp Amerika neft şirkətlərinin çox pul qazandığını bildirib və mövcud vəziyyətdən narazılığını bildirib.












