İranın Birləşmiş Ştatların İraqdakı bazalarına hücum xəbərindən sonra ABŞ-ın WTI markalı nefti 65 dollara qədər bahalaşıb.
FED.az xəbər verir ki, bunu ABŞ-ın elektron ticarətinin məlumatları əks etdirir.
Eləcə də bax: Neftin qiyməti - 150 DOLLARI KEÇƏ BİLƏR
ABŞ vaxtı ilə saat 19:11-də (Bakı vaxtı ilə saat 4:11-də) neftin qiyməti 65,14 dollara çatıb.
Qeyd edək ki, daha əvvəl Pentaqon İranın ABŞ-ın İraqdakı azı 2 bazasına hücum etdiyini xəbər verib.
Report