İranın qeyri-neft ixracı üzrə 40 milyard dollar gəlirinin 30 milyard dolları ölkəyə geri qayıtmayıb.
FED.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə İranın sənaye, mədən və ticarət nazirinin müavini Hüseyn Mir Şucaiyan deyib.
Onun sözlərinə görə, İran hökuməti sanksiyalara görə neft satışında problemlər yaşayır və bu vəziyyətdə xarici ticarətin artması üçün özəl sektor dəstək olmalıdır. Valyuta nağd formada və ya ölkənin tələbatı olan birinci növ məhsullar şəklində ölkəyə geri qayıtmalıdır.
“İranın ixracdan əldə etdiyi 40 milyard dolların 30 milyard dolları nə nağd formada, nə də hər hansı məhsul kimi ölkəyə qayıtmayıb”, - deyə nazir müavini bildirib.