İran Fars körfəzi dövlətləri ilə hücum etməmək haqqında müqavilə imzalamağa hazırdır.
FED.az xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İraqın Baş naziri ilə görüşündə deyib.
Eləcə də bax: “Dalınca qırıcı göndərməliyik?” - Nazir Mxitaryandan danışdı + VİDEO
“Entekhab” saytının məlumatına görə, M.C.Zərif bəyan edib ki, İran hər bir hərbi təxribata qarşı məğrurluqla dayanacaq.
Bununla yanaşı, iranlı nazir Avropa dövlətlərinə müraciət edərək onları mənasız bəyanatlardan real iş görməyə dəvət edib. Avropa dövlətləri “Nüvə sazişinə” sadiq olduqlarını bildirsələr də, onun qorunub saxlanması üçün heç bir real addım atmırlar.
Siyasi müşahidəçilər hesab edirlər ki, Fars körfəzi sahilindəki ərəb dövlətləri ABŞ ilə müttəfiqdirlər. İran bu dövlətlərə hücum etməmək haqqında müqavilə imzalamağı təklif etməklə müharibə istəmədiyini bildirir. ABŞ rəsmiləri də müharibəyə can atmadıqlarını bəyan edirlər. Buna baxmayaraq, Fars körfəzinə hərbi gəmilər və əlavə əsgərlər göndəriblər. İran da, öz növbəsində, körfəzdəki hərbi donanmasını gücləndirir.