İran bir milyon barel neftini sata bilməyib. İranaın “SHANA” agentliyi xəbər verir ki, yanvarın 21-də Tehranın energetika birjasında tələb olmadığından 1 milyon barel neft satılmayıb.
FED.az xəbər verir ki, neftin bir barelinin qiyməti 52,42 dollar müəyyənləşdirilib. Qeyd edək ki, ABŞ-ın tətbiq etdiyi sanksiyalardan yayınmaq məqsədi ilə ötən ilin oktyabrından başlayaraq, İran öz xam neftini Tehran birjasında satır. İranın Neft Nazirliyindən bildiriblər ki, 2018-ci il oktyabrın 28-də bir bareli 74,85 dollara bir milyon barel, həmin il noyabrın 11-də isə 64,97 dollara 700 min barel neft satılıb.Xatırladaq ki, 2018-ci il noyabrın 5-dən ABŞ İranın energetika sahəsinə sanksiya tətbiq edib.
Eləcə də bax: İlham Əliyev BP-nin rəhbəri ilə görüşüb
İrandan sata bilmədiyi neft barədə - AÇIQLAMA
16:20
22 Yan 2019