İranın cənub-qərbində iri neft yatağı aşkarlanıb.
FED.az xəbər verir ki, bunu prezident Həsən Ruhani Yezd şəhərində təşkil olunan tədbirdə çıxış edərkən açıqlayıb.
İran liderinin sözlərinə görə, neft ehtiyatı 53 milyard barrel həcmində qiymətləndirilir. Bu indiki qiymətləri nəzərə alanda ehtiyatların ümumi qiyməti 3 trilyon dollardan artiqdır.
Ruhani neft yatağının Huzestan əyalətinin cənub-qərbində yerləşdiyini və 2,4 min kv.km ərazini əhatə etdiyini qeyd edib.