İran yanacaq bazarındakı tələbləri və digər istehsalçı ölkələrin tətbiq etdiyi endirimləri dəyərləndirərək neftin qiymətini azaldıb.
FED.az xəbər verir ki, bu barədə “İRNA” agentliyinə İranın Neft Nazirliyinin adını açıqlamayan rəsmisi danışıb:
“Müştərilərə endirimlər etmək, bütün neft ixracatçıları tərəfindən həyata keçirilən bazardakı əsaslardan biridir”.
Nazirlik rəsmisi hansı məbləğdə endirim edildiyini isə açıqlamayıb.
Eləcə də bax: Azərbaycanlılar İranı daşıyırlar – SƏRHƏDƏ AXIN BAŞLAYIB
Qeyd edək ki, İranın avqustdan etibarən neftin qiymətində 60-80 sent endirim edəcəyi deyilirdi. İran neft ixracatının yarısını Hindistan və Çinə, 25%-ni Avropa ölkələrinə, digər qismini isə Cənubi Koreya və Yaponiyaya edir.