Tehran ABŞ sanksiyalarına qarşı bütün resurslarını səfərbər edib, o cümlədən neftin satışı üçün «qara bazar»dan istifadə edir.
FED.az xəbər verir ki, bu barədə «Reuters»ə İranın neft nazirinin müavini Əmir Hüseyn Zamanini bildirib.
İran məmuru «qara bazar» adı altında nəyin nəzərdə tutduğunu açıqlamasa da, bildirib ki, belə ticarət qaçaqmalçılıq deyil, İrana qarşa ədalətsin və qannusuz sanksiyalara cavabdır: «Biz ölkəmizin bütün resurslarını səfərbər etmişik, neftin də bir qədər əvvəl yaranmış «qara bazarda» satışı həyata keçirilir.
İranın neft nazirinin müavini iqtisadi sahədə təcili tədbirlərin görülməsini də vacib sayıb: «Biz maliyyə və iqtisadi tənzimləmə ilə bağlı ciddi qərarlar qəbul etməliyik, hökumət artıq bunun üzərində işləyir».
Qeyd edək ki, 2018-ci ilin noyabrında ABŞ prezidenti Donald Tramp İrana qarşı yeni sanksiyalar tətbiq edib. Bunların arasında İrandan neft alışına qadağa da var. Amma 8 ölkəyə bu qadağa ilə bağlı altı ay vaxt verilmişdi.
Bunlar Çin, Hindistan, Yunanıstan, Cənubi Koreya, Tayvan, Türkiyə, İtaliya və Yaponiyadır.
Mayın 2-də həmin 6 aylın müddət başa çatıb və sözügedən qadağa artıq bütün ölkələrə şamil edilib. Nəticədə İranın neft satışları imkanları kəskin azalıb.
İran: «Neftimizi «qara bazarda» - SATMAĞA BAŞLAMIŞIQ»
22:49
5 May 2019