İran xüsusi təyinatlı qüvvələrinin komandanı, general Qasım Süleymaninin qətlindən sonra Dünya bazarında neftin qiyməti kəskin artıb.
FED,az xəbər verir ki, neft 2,9% bahalaşaraq 68,19 dollar olub.
«Reuters» agentliyi yazır ki, Yaxın Şərqdə neft təklifi riskləri yüksəlib. İraqda İran tərəfindən dəstəklənən qüvvələr və ABŞ arasında münasibətlər gərginləşməkdədir. Neft də bu səbəbdən bahalaşır.