Yerli və xarici investorların olduqları ərazini tərk etmədən "Azərişıq" ASC-yə qoşulma istəyinə 20 gün ərzində baxılacaq.
Eləcə də bax: Yaz aylarında elektrik sayğaclarının çox yazması ilə bağlı - AÇIQLAMA
FED.az xəbər verir ki, bu fikirləri Azərişıq" ASC-nin İnformasiya Texnologiyaları Departamentin direktor müavini Vüsal İsayev deyib.
O bildirib ki, investorlar elektron hökumət portalı üzərindən identifikasiya kodu ilə daxil olur və müvafiq bölmələri doldurur:
"Bütün məlumatlar yazıldıqdan sonra müraciət göndərilir. Bu onun tarixçəsində qalır".
V.İsayevin sözlərinə görə, 2 minə yaxın abonentlərin abonent kodunun dəyişdirilməsi ilə bağlı daxil olan müraciətlərin daha operativ həyata keçirmək məqsədilə yeni xidmət əlavə edilib: "Mobil telefon vasitəsi ilə də sistemə daxil olub bu müraciəti edə bilər. Müraciətə baxılma müddəti 24 saatdır".(Report)