“Azərbaycanda vətəndaşlar üçün qaz sayğaclarının quraşdırılması və abunəçi kodlarının gec verilməsi halları mövcuddur".
Eləcə də bax: Azərbaycanda qazın qiyməti yenidən arta bilər? - RƏSMİ AÇIQLAMA
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev deyib.
“Belə hallar adətən dələduzlarla bağlıdır. Bəzən neftli torpaqlarda insanlardan pul alıb onlar üçün sayğac quraşdırırlar və söz verirlər ki, abunəçi kodu da alacaqlar. Yubanmalar adətən belə hallarla bağlı baş verir. Çünki bizim sayğaclar anbardan çıxanda artıq bilinir ki, o hansı kodlu abunəçi üçün quraşdırılacaq", - o qeyd edib.