İndoneziyanın Cambi əyalətində qızıl mədənlərindən biri çöküb.
Bu barədə "Detik.com" yerli polis Munqaran Kartaqunaya istinadən məlumat yayıb.
Məlumata görə, hadisə Sumatra adasında, Simpanq-Parit kəndində baş verib. 25 metrlik dərinliyə malik şaxtanın çökməsi nəticəsində 11 nəfər onun altında qalıb.
Mədənin qızıl çıxarılması ilə qeyri-leqal məşğul olduğu bildirilir.
"Bizdə olan məlumata görə, dağıntılar arasında 11 nəfər qalıb" – deyə polis rəsmisi bildirib.
Onun sözlərinə görə, hadisə yerinə xilasetmə briqadası göndərilib.
Hələlik şaxtaçılar barədə hər hansı məlumat yoxdur.
Report©