Dünya bazarında neftin qiyməti 2021-ci ilə qədər 60 dollar/barel səviyyəsini keçməyəcək.
RİA "Novosti" agentliyinin məlumatına görə, bu məlumat Beynəlxalq Valyuta Fondunun (İMF) Yaxın Şərq və Orta Asiya regionu iqtisadiyyatı ilə bağlı bu gün dərc edilən hesabatında verilib.
Xatırladaq ki, İMF-in bundan əvvəlki hesabatında neftin 1 barelinin qiymətinin 2021-ci ilə qədər 50 dollar səviyyəsini keçməyəcəyi ehtimal edilib. Yeni hesabatda həmçinin bildirilib ki, neftin orta qiyməti 2016-cı ildə 43 dollar/barel səviyyəsindən 2017-ci ildə 51 dollar/barelə yüksələcək. Fondun ekspertləri hesab edirlər ki, neftin qiyməti üzrə proqnozların dünya iqtisadiyyatındakı qeyri-müəyyənliklər səbəbindən azaldılıb-artırılması mümkündür.