“İMA Energy” QSC işğal altında olan torpaqlarımızın azad edilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib.
FED.az xəbər verir ki, “İMA Energy” QSC tərəfindən Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna 50 000 (əlli min) manat həcmində vəsait köçürülüb .
Şirkət Azərbaycan ordusuna yeni qələbələr arzulayır və ölkəmizin ərazi bütövlüyünün tezliklə bərpa olacağına qəti əminliyini bildirir.