Azərbaycan prezidenti İlham Əliyev Davosda BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.
FED.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.
Görüşdə BP şirkətinin baş icraçı direktoru Robert Dadlinin Azərbaycana son səfəri məmnunluqla xatırlanıb. BP ilə SOCAR arasında əməkdaşlığın uğurla inkişaf etdiyi, BP-nin Azərbaycanda ən böyük investor olduğu qeyd edilib, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda gedən işlər müzakirə olunub. Söhbət zamanı “Cənub Qaz Dəhlizi”, TAP, TANAP layihələrinin uğurlu icrası və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.