"LUKoil" şirkətinin başçısı Vahid Ələkbərovla əlaqəli qurumlar şirkətin səhmlərini 1,2 milyard rus rubluna alıb.
Eləcə də bax: Azərbaycan şirkəti "LukOil"un zavodunu yenidən quracaq - BÖYÜK MÜQAVİLƏ
FED.az xəbər verir ki, “Sporine Limited” 295 milyon rubla 67,604 minlik səhm alıb.
“Morcell Limited” isə aprelin 22-də 918,5 milyon rubla 200 minlik səhm alıb (4,592 min rubl).
Bundan əvvəl bildirilirdi ki, Vahid Ələkbərov aprelin 21-də "LUKoil"un səhmlərini 300 milyon rubla alıb.
Daha əvvəl “Forbes” jurnalı dünyanın ən zəngin insanlarının illik reytinqini dərc edib. Rusiyalılar arasında top-20-də futbolla əlaqəsi olan bir neçə biznesmen, o cümlədən azərbaycanlı, 1950-ci ilin 1 sentyabrında Bakıda anadan olmuş "LUKoil" şirkətinin başçısı, "Spartak" futbol klubunun şəriki Vahid Ələkbərov da yer alıb.
Report