2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan İtaliyaya 4 milyard 233 milyon dollar həcmində 8 milyard 775 milyon kubmetr təbii qaz ixrac edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, İtaliyaya qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 596 milyon dollar və ya 16,4% artıb, miqdar ifadəsilə isə 155 milyon kubmetr və ya 1,7% azalıb.
Qeyd edək ki, 2024-cü ilin eyni dövründə İtaliyaya 3 milyard 637 milyon dollar dəyərində 8 milyard 930 milyon kubmetr qaz ixrac olunmuşdu.
Hesabat dövründə İtaliyaya satılan qazın hər 1000 kubmetrinin orta qiyməti 482 dollar (820 manat) təşkil edib. Ötən il bu rəqəm 407 dollar (692 manat) idi.










