2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycana Türkmənistandan 35,2 milyon dollar dəyərində 230,9 milyon kubmetr təbii qaz idxal edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Türkmənistandan qaz idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 20,6 milyon dollar və ya 36,9%, miqdar ifadəsilə isə 141 milyon kubmetr və ya 37,9% azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında bu ölkədən 55,8 milyon dollar dəyərində 371,9 milyon kubmetr qaz idxal olunmuşdu.
2025-ci ilin nəticələrinə görə Türkmənistandan alınan qazın hər 1000 kubmetrinin orta idxal qiyməti 152,5 dollar (259 manat) təşkil edib. 2024-cü ildə isə bu rəqəm 150 dollar (255 manat) idi. Bu da qiymətin cüzi (2 dollar və ya 1,7%) artdığını göstərir.










