Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,63 dollar və yaxud 0,85% artıb.
FED.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 74,41 dollar təşkil edib.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Xatırladaq ki, 2019-cu ilin dövlət büdcəsində neftin qiyməti 1 barel üçün 60 dollardan nəzərdə tutulub. Başqa sözlə, dünya bazarındakı qiymətləri nəzərə alanda hökumətin 14 dollarlıq "qiymət ehtiyatı" var.
Hökumətə yaxşı xəbər - Azərbaycan nefti 74 dolları keçdi
09:48
18 Aprel 2019