Hindistan tezliklə dünyada neftin əsas alıcısına çevriləcək.
Azərbaycanda neft dövrü bitir – 50 MİLYONDAN 30 MİLYON TONA ENİB
FED.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyi məlumat yayıb.
Agentliyin xəbərinə görə, Hindistan şirkətləri 2030-cu ilə qədər neft emalı gücünü sutkada 1 milyon barel artırmağı hədəfləyirlər.
Hindistanda neftə tələbatın artması nəticəsində bu ölkə 2027-ci ilə qədər Çini keçəcək. Beynəlxalq Enerji Agentliyinin (IEA - BEA) enerji bazarı və təhlükəsizlik departamentinin direktoru Keysuke Sadamori bildirib ki, «Dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatı və ən böyük əhalisi olan Hindistan 2027-ci ilə qədər illik neft tələbatında Çini keçəcək».
BEA-nın təqdim etdiyi təqdimatdan göründüyü kimi, Hindistan şirkətləri 2030-cu ilə qədər neft emalı gücünü sutkada 1 milyon barel artırmağı hədəfləyirlər. "Neft emalının genişləndirilməsi daxili tələbatı ödəyəcək və Hindistanın Asiya və Atlantik okean hövzəsində nəqliyyat yanacağının əsas ixracatçısı kimi rolunu qoruyacaq", - təqdimatda qeyd edilir.
Eyni zamanda, təşkilat bildirir ki, Hindistanda neft hasilatı azalmağa davam edəcək və ölkə neft və mayeləşdirilmiş təbii qaz idxalından ciddi şəkildə asılı qalacaq.