Dəniz nəqliyyatı ilə kömürün daşınması azalacaq.
FED.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyi (IEA) məlumat yayıb.
Bildirilir ki, 2022-ci ilə qədər dəniz nəqliyyatı ilə daşınan kömür idxalının 2016-cı illə müqayisədə 3,4% azalacağını gözləyir. Çin və Hindistanda tələbatın azalması da nəzərdə tutulur.
IEA-ya görə, Çinin idxal proqnozları altı il ərzində 23% azalaraq 106 milyon tona geriləyə bilər. Ümumi idxal isə 2016-cı ildəki illik 764 milyon tondan 738 milyon tona geriləyəcək.
Hindistanın daxili istehsalının artması ilə ümumi idxalın 20% azalaraq 89 milyon tona düşməsi gözlənilir.