Hindistanın “ONGC Videsh Limited” şirkəti Norveçin “Equinor” şirkəti ilə “Azəri-Çıraq-Günəşli” layihəsində 0,615 % payın alqı-satqısı və Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin operatoru olan “BTC Co” şirkətində 0,737 % payın alınması haqqında yekun saziş imzalayıb.
SOCAR-ın “ONS Conference 2024"də iştirakı ilə bağlı “Equinor”la müzakirələr aparılıb
FED.az xəbər verir ki, bu barədə Hindistan şirkətinin rəsmi açıqlamasında bildirilir.
Açıqlamada qeyd edilib ki, sözügedən layihələrdə payların alınmasına ümumilikdə 60 milyon ABŞ dollarına qədər investisiya qoyulacaq. (Report)