Fevral ayında ABŞ-dan Hindistana xam neft ixracı rekord həddə çatıb. Eyni zamanda rəsmi Dehli Rusiyadan neft alışını kəskin azaldıb.
FED.az xəbər verir ki, ötən ay ABŞ-dan Hindistana gündə orta hesabla 357 min barel neft alıb. Bu ötən ilin fevralına nisbətən 1,5 dfə artıqdır. Əvəzində Hindistan Rusiyadan neft alışını kəskin azaldıb.
Belə ki, fevralda Hindistan Rusiyadan 1,4 milyon barel neft alıb ki, bu da 2023-cü ildən bəri ən aşağı göstəricidir.
Azalmanın səbəbi ABŞ-ın Rusiya gəmilərinə tətbiq etdiyi sanksiyadır. Yanvar ayında tətbiq edilən bu sanksiya 100 gəmiyə aiddir. Sanksiya nəticəsində Rusiyadan neft daşıyan gəmiləri heç bir ölkənin limanı qəbul etmir.