Azərbaycan neftinin 2025-ci ilin ilk yarısında xaricə satış qiyməti açıqlanıb.
Bu il iqtisadi artım gözləniləndən az olacaq - Hökumət proqnozları aşağı saldı - YENİ QRAFİK
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2025-ci ilin yanvar-iyun aylarında «Azeri Light» markalı xam neftin bir barelinin orta ixrac qiyməti 73,8 dollar olub.
Bu da 2025-ci il üzrə dövlət büdcəsində büdcə parametrlərinin hesablanması zamanı götürülmüş 70 dollarlıq qiymətdən 3,8 dollar və ya 5,4 faiz çoxdur.
Qeyd edək ki, yarım ilin nəticələrinə görə, neftin büdcədəki qiymətdən artıq olmasına baxmayaraq bəzi aylarda neftin qiyməti daha aşağı və ya daha yüksək olub.
Belə ki, yanvarda neftin qiyməti 81 dollar olsa da, fevral-martda 77-74 dollara, aprel-may aylarında isə 69-66 dollara enib.
Nəhayət, iyun ayında neftin qiyməti yenidən yüksələrək74 dollara – büdcədəkindən yuxarı həddə qalxıb.
FED.az-ın hesablamalarına görə, ilyul ayında da neftin orta ixrac qiyməti 70 dollardan yuxarı, 71-72 dollar arasında dəyişib.
Əvəzində son günlər Azərbaycan neftinin satış qiyməti yenidən 70 dollardan aşağı düşüb, hazırda neft 67-68 dollar aralığında olan qiymətə satılır.